2024-cü ildə kreativ kontent yaradılması sahəsində bir neçə maraqlı layihə üzərində çalışdıq və bir çox müştərilərimiz üçün müsbət nəticələr əldə etdik. Bu kontentlər yalnız orijinal və diqqət çəkən deyil, həm də müştərilərimizin ehtiyaclarına uyğun hazırlanmışdır. Aşağıda, 2024-cü ilin ən uğurlu kontent nümunələrinin bir qismini sizə təqdim edirik.
1. Kreativ tanıtım videosu – Natural Halı
Müştərimiz Natural Halı üçün hazırladığımız marka tanıtım videosu, hədəf auditoriyasına çox təsirli bir şəkildə çatdı. Videoda əsasən kreativ yanaşmamız ilə izləyicilərin diqqətini cəlb etməyi bacardıq. Burada əsas məqsəd, brendin izləyicilər tərəfindən sevgisini həmçinin, diqqətini qazanmaq idi.
2. Xeyriyyə kampaniyası – Qırmızı Ürəklər Fondu
Sosial media platformasında təşkil etdiyimiz Ramazan bayramı üçün kampaniya videosu izləyiciləri aktiv şəkildə ianə etməyə dəvət etdi. Videonun ssenarisi, ötürdüyü səmimi emosiyalar “Bir kliklə ianə et” şüarını doğru şəkildə ötürürdü. Bu tip məzmunlar izləyicilərlə bağ qurmağa və onları təşviq etməyə kömək edir.
3. Yükün nəğməsi – 166 Yükdaşıma
Özəl günləri gözardı etmədən hər bir şirkət üçün hazırladığımız kreativ məzmunlar öz aktuallığını hələdə saxlayır. 166 Yükdaşıma şirkəti üçün etdiyimiz “Yükün nəğməsi” adlı video məzmun, komandamız tərəfindən yüksək professionallıqla hazırlanmışdır. Aİ mütəxəssisimiz, kopirayterimiz və videoqrafımızın köməyi ilə ərsəyə gəlmiş bu proyekt uzun bir müddət hər kəs tərəfindən müsbət rəylər topladı.
4. Məişət problemləri – 166 Usta xidməti
166 Usta xidməti ilə həyata keçirdiyimiz podcast layihəsi, çox yaxşı nəticələr verdi və biz onu video formatında təqdim etdik.Videoda əsasən, texniki məişət problemlərindən danışılırdı. Lakin bu sadə formada deyil, müzakirəli və yumoristik bir şəkildə izləyiciyə təqdim edildi. Bu tip kontentlər, potensial müştərilərə güvən yaratmağa kömək edir və onları xidməti almağa sövq edir.
5. Bağa köç adlı 166 xidmətlərini əhatə edən video
Bahar mövsümünün başlanğıcı ilə bağlı təşkil etdiyimiz ”Bağa köç” adlı kreativ ssenari, 166 şirkətinin ruhunu və işinə olan sevgisini əks etdirdi. Bir ailənin köçlə bağlı bütün problemini həll edərək, onlara xoşbəxtlik bəxş etdiyini vurğulayırdıq. 1 zənglə bütün xidmətlərdən yararlanmağın üstünlüklərini məhz bu məzmunda tapa bilərsiniz. 10 saatdan çox vaxt alan çəkiliş prosesimizdə komandamız peşəkarlıqla çalışırdı. Ən sonda müştəri və izləyicilər tərəfindən sevilən bu video kontentə link vasitəsilə keçid edib baxa bilərsiniz.
2025-ci ildə bizimlə əməkdaşlıq etmək istəyirsinizsə..
Reel komandası olaraq, 2025-ci ildə, daha da yaradıcı və təsirli marketinq strategiyaları hazırlamağa davam edirik. Bizimlə əməkdaşlıq etmək istəyirsinizsə, sizin üçün xüsusi və orijinal kontentlər yaratmağa hazırıq! Əgər biznesinizin uğurlu inkişafına nail olmaq arzunuz varsa, çox keçmədən bizimlə əlaqə saxlayın.