Sahibkarlar üçün marketinq: Şirkətlərin marketinq prosesi necə izlənməlidir? - REEL.AZ Sahibkarlar üçün marketinq: Şirkətlərin marketinq prosesi necə izlənməlidir? - REEL.AZ
Contact information

Luxen Plaza 14-cü mərtəbə

We are available 24/ 7. Call Now. +994 502183720 +994 502183720 [email protected]

Marketinq, müasir dövrdə şirkətlərin müştərilərə çatmağı, məhsul və ya xidmətlərini tanıtmaq üçün ən əsas alətlərdən biridir. Ancaq bütün bu fikirləri bir yana buraxaraq, sistemli və məqsədli bir yanaşma olmadıqda, marketinq kampaniyalarının effektivliyi azalır. Bu blog yazımızda şirkətlərin marketinq prosesini daha effektiv izləməsi üçün lazım olan addımlardan bəhs edəcəyik.

1. Məqsədlərin Dəqiqləşdirilməsi

Marketinq prosesinin effektiv izlənməsi üçün ilk addım məqsədlərin açıq və dəqiq təyin edilməsidir.

Nəyə nail olmaq istəyirsiniz? Satışları artırmaq, brend tanınırlığını yüksəltmək, yeni müştəri bazarı yaratmaq kimi spesifik məqsədlər qoymalısınız.

SMART yanaşmasından istifadə edin: Məqsədlər Spesifik, Mövcud, Addımlı, Reallıq bazasında və Zamana bağlı olmalıdır.

2. Müştəri profilini yaradın: Yaş, cins, məkan, gəlir səviyyəsi, maraqlar və davranışlar kimi faktorları daxil edin.

Araşdırmalar aparın: Sorğu, fokus qrupları və ya sosial media analitik vasitələrindən istəfadə edin.

3. Strategiyanın hazırlanması

Məqsəd və hədəf auditoriyanız müyən olduqdan sonra strategiyanızı formalaşdırın. Reel Agency olaraq hər kütləyə uyğun strategiya yaradırıq.

Kanalları müəyyin edin: Sosial media, e-mail marketinq, SEO, influencer marketinq, offline reklamları kimi kanalları araşdırın.

Mesajı formalaşdırın: Hər bir kanal üçün xüsusi mesaj və ton yarada bilərsiniz.

Rəqabəti analiz edin: Rəqiblərinizin hansı taktikalardan istifadə etdiyini öyrənin və özünüzü onlardan fərqləndirin.

4. Marketinq planını tərtib etmək

Marketinq planı şirkətin strategiyasını praktik əsasda əhatə edir.

Vaxt cədvəli təyin edin: Hər bir marketinq kampaniyasının başlanış və bitmə tarixini qeyd edin.

Büdcəni hesablayın: Hər bir addım üçün ayrılacaq maliyyəni müəyyən etmək vacibdir.

5. Performansın izlənməsi

Effektivliyə nəzarət üçün mətləbələri düzgün ölçmək lazımdır.

Məsələn, satış artışı, veb sayt trafiki, klikləmə faizləri kimi göstəricilər, eyni zamanda Google Analytics, Facebook Ads Manager kimi vasitələr prosesin izlənməsini asanlaşdırır.

6. Dəyərləndirmə və düzəlişlər

Marketinq prosesi başa çatdıqdan sonra nəticələri analiz edin və lazım olduqda strategiyanın üstündə düzəlişlər edin.

Müsbət tərəfləri qeyd edin: Hansı taktikaların effektiv olduğunu məyyənləşdirin.

Problemləri aradan qaldırın: Hansı sahələrdə dəyişikliyə ehtiyac olduğunu təhlil etmək lazımdır.

Sahibkarlar ünün marketinq prosesi strateji planlama, davamlı izləmə və analiz üstündə qurulmuş sistemli bir yanaşma tələb edir. Bu addımları izləyin, və şirkətinizin marketinq potensialını maksimuma çıxarmaq üçün davamlı işləyin.